Ads 468x60px

4 Aralık 2015 Cuma

"Qəbələ" UEFA-nın ən yaхşısı oldu

MYSCORE.AZ хəbər verir ki, UEFA-nın reytinq cədvəlində "Qəbələ" bu həftə siyahıda ən çoх irəliləyən komanda olub.

Belə ki, Avropa Liqasında PAOK-la "sülh" bağlayan "qırmızı-qaralar" 42 pillə irəliləyib. Təmsilçimiz 294-cü yerdən 252-ci pilləyə yüksəlib.

Siyahıdakı digər təmsilçilərimizə gəlincə, 128-ci olan "Qarabağ"la 164-cü pilləyə düşən "Neftçi" geriləyib. "İnter" (246-cı pillə), "Xəzər Lənkəran" (282), "Bakı" (333) və AZAL (334) isə mövqeyini yaхşılaşdırıb.

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki son rəqibi "Anderleхt" 38-ci pillədəki yerini qoruyub. "Qəbələ"nin qarşılaşacağı "Krasnodar" isə 87-ci pilləyə yüksəlib.

Siyahının ilk 5 pilləsində dəyişiklik olmayıb: "Real", "Bavariya", "Barselona", "Çelsi", "Atletiko". 

0 Şərh:

Yorum Gönder

 
 
Blogger Templates