Ads 468x60px

4 Aralık 2015 Cuma

Dani Alveş: "Ronaldu "üçlük"də olmağa layiq deyil"

MYSCORE.AZ apasport.az-a istinadən xəbər verir ki, bu sözləri "Barselona"nın braziliyalı müdafiəçisi Dani Alveş deyib.

"Qızıl top"a namizədlər haqda danışan təcrübəli futbolçu ilk "üçlük"də Kriştianu Ronaldunun qərarlaşmasından narazıdır.

Onun fikrincə, Ronaldu bu il mükafata əsas namizədlərin sırasına düşməməli idi: "Ronaldu "üçlük"də olmağa layiq deyil. Ötən il haqlı olaraq, "Qızıl top" mükafatını qazandı. Ancaq ilin ən yaxşı futbolçusu seçilən şəxs təkcə qol vurmalı yox, həm də oyuna təsir etməlidir. Yalnız qol vurmaqla iş bitmir. Çünki futbol kollektiv idman növüdür".

Qeyd edək ki, "Qızıl top" mükafatının qalibinin adı yanvarın 11-də açıqlanacaq.

0 Şərh:

Yorum Gönder

 
 
Blogger Templates