Ads 468x60px

4 Aralık 2015 Cuma

Vaqif Cavadov: "Taleyimdən narazı deyiləm"

“Q əbələ"yə faydalı olmaq niyy ətilə gə lmis əm.
Niyyə tim indi d ə bel ədir. Az oynamagıma g əlincə , bu, futbol hə yatıdı. M əndən nə asılıdısa, edirə m. Bundan sonra necə olacagını zaman göstə rə cə k”. Fanat.az xəbər verir ki, bu sözləri “Qəbələ İK”ya açıqlamasında Vaqif Cavadov deyib.

26 yaşlı hücumçu ölkə kubokunadək "Qəbələ"nin əsas komandasının heyətində 4 oyun keçirib. Bunlardan 3-ü Topaz Premyer Liqasında, 1-i Avropa Liqasında olub. PAOK-la matçın 77-ci dəqiqəsində meydançaya çıxan Vaqif təkcə “Qəbələ”də yox, həm də karyerasında ilk dəfə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

Salonikidə oyunun son saniyələrində qələbə topunu vurmaq şansı olan Vaqif həmin epizodu belə xatırlayıb: “Həmin epizodda ətrafımda olan komanda yoldaşlarımı gördüm. Sadəcə, oyunun son dəqiqəsi idi və məsuliyyəti üzərimə götürüb topu qapıya tərəf vurdum. Düşündüm ki, topu itirməkdənsə, belə etmək daha yaxşıdı”.

Hücumçu bildirib ki, yaxşı oynadığımız bu matçda qalib gəlməli idik: “Növbəti mərhələyə çıxmaq şansımız qalmasa da, qələbə qazanmaq istəyirdik. Ancaq qol imkanlarından istifadə edə bilməməyimiz öz sözünü dedi. Qrupda ilk qələbəmizi son turda “Krasnodar”la ev oyununda qazanmağa çalışacağıq”.

Komandada ilk vaxtlar oyun təcrübəsini əvəzedici heyətdə artıran Vaqif hazırkı durumunu belə dəyərləndirib: “Taleyimdən narazı deyiləm. İnanıram ki, komandaya faydam dəyəcək. Ehtiyatda çox qalmağım baş məşqçinin qərarıyla bağlıdı. Heyəti o müəyyənləşdirir. Az oynamaq futbolçuda bəzən ruh düşkünlüyü yaradır. Məndə isə ruh düşkünlüyü yoxdur. Hər zaman öz üzərimdə işləyirəm ki, meydançaya çıxanda hazır olum”.

Cavadov komandanın Topaz Premyer Liqasında son oyunlarında xal itirməsinə də münasibət bildirib: “Son oyunların hamısında qalib gəlməli idik. Demək olar, tək qapıya oynayırıq. Fəqət, son nöqtəni qoya bilmirik. Bu kimi amillər psixoloji cəhətdən gərginlik yarada bilər. Amma komandada ab-hava yaxşıdır və nəyisə bəhanə etməyə əsas yoxdu. Baş məşqçi bizə güvənir və ruhdan düşməməyi tövsiyə edir. Biz isə nəticə almağı qarşıya məqsəd qoyan peşəkar klubuq. "Qəbələ"də çempion olmaq hər bir futbolçunun, o cümlədən mənim də arzumdu. İnanırıq ki, itirilən xalların yerini qarşıdakı oyunlarda qələbə qazanmaqla doldura biləyəcik”.

0 Şərh:

Yorum Gönder

 
 
Blogger Templates