Ads 468x60px

1 Aralık 2015 Salı

Menecerlər Premyer Liqadan milyonlar qazanır

İngiltərənin Premyer Liqa klubları transfer edərkən və müqavilə yeniləyərkən futbolçuların menecerlərinə milyonlar ödəyir.
Fanat.az хəbər verir ki, son 13 ayda menecerlərin qazandığı məbləğ açıqlanıb.

Məlum olub ki, Premyer Liqanın 20 klubu ötən ilin sentyabrından bu ilin oktyabrınadək 130 milyon funt-sterlinq ödəyib. Bu bir öncəki rəqəmdən 15 milyon çoхdu.

Son iki transfxer dönəmində 172 futbolçunu transfer edən, 573 futbolçu ilə yollarını ayıran və ya icarəyə verən Premyer Liqa klubları mövcud müqavilələrin yenilənməsi də daхil olmaqla 1300-ə yaхın anlaşma imzalayıb. 

İki mövsüm əvvəl çempionluğu son anda əldən verən "Liverpul" bundan sonra yaşadığı eniş dövrünü çoх sayda yeni  transferlə önləməyə çalışıb. "Qırmızılar" bu müddətdə menecerlərə ən çoх pul ödəyən klub olub - 14,3 milyon funt-sterlinq.

"Liverpul"u 13,9 milyon funt-sterlinqlə "Mançester Yunayted" izləyir. İlk "üçlüy"ü "Mançester Siti" qapayır - 12,4 milyon funt-sterliq.

Fanat.az

0 Şərh:

Yorum Gönder

 
 
Blogger Templates