Ads 468x60px

4 Aralık 2015 Cuma

Azərbaycan kuboku: 1/4 finalçılar müəyyənləşdi

Azərbaycan kuboku: 1/4 finalçılar müəyyənləşdi

Bu gün Azərbaycan kubokunda 1/8 final mərhələsinə yekun vurulub.

Qol.Az-ın məlumatına görə, son oyun gününə nəzərdə tutulan iki oyundan biri başa çatıb.
“Qəbələ” evdə "Mil-Muğan"a 7 cavabsız qolla qalib gələrək 1/4 fnala yüksəlib.

Premyer Liqa klublarından "Rəvan" öz meydanında birinci divizion təmsilçisi "Bakı"nı sınağa çəkib.  Bu matçda "Rəvan" 1:0 hesabı ilə qalib gəlib və növbəti mərhələdə oynamaq hüququ qazanıb.


Qeyd edək ki, dünən keçirilən oyunlardan sonra “Neftçi”, “Qarabağ”, “İnter”, “Sumqayıt”, “Zirə” və “Xəzər Lənkəran” klubları 1/4 finala yüksəlib.





3 dekabr (çərşənbə)

Azərbaycan kuboku, 1/8 final
20:00. “Rəvan” – “Bakı” - 1:0
Qol: 
Vüqar Bəybalayev, 23 (1:0)
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Vaqif Musayev, Emin Nağıbəyov
“Bayıl Arena”.

17:00. “Qəbələ" – "Mil-Muğan” - 7:0
Qollar: 
Derlis Meza Kolli, 5 (1:0), Ruslan Abışov, 16 (2:0), Fakunda Pereyra, 22 (3:0), Rikardinyo, 43 (4:0), Ermin Zets, 44 (5:0), Vaqif Cavadov, 58 (6:0), Asif Məmmədov, 83 (7:0)
Qırmızı vərəqə: "İsmət Alıyev, 83 ("Qəbələ"
Hakimlər: Orxan Məmmədov, Kamran Bayramov, Coşqun Həsənov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu.


 Azərbaycan kubokunda 1/4 finalın cütlükləri:

“Qarabağ” –  “Sumqayıt”
“Xəzər Lənkəran” – “Neftçi”
“Zirə” –  “Qəbələ”
“Rəvan” – “İnter”


Qeyd: İlk oyunlar 2 mart, cavab qarşılaşmaları isə 9 mart tarixlərində keçiriləcək.

0 Şərh:

Yorum Gönder

 
 
Blogger Templates